...

Azərbaycanda qızıl istehsalı 84%-dən çox artıb

İqtisadiyyat Materials 17 Mart 2025 16:33 (UTC +04:00)
Azərbaycanda qızıl istehsalı 84%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 478,3 kiloqram qızıl istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 214,7 kiloqram və ya 81,4% artıb.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 263,6 kiloqram qızıl istehsal edilib.

Qeyd edək ki, cari ilin mart ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 160,4 kiloqram olub.

Xatırladaq ki, ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 97 kiloqram və ya 3,5% azalıb. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti