Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katza Qəzza zolağından İsrailin raket atəşinə tutulmasına qətiyyətlə cavab verməyi əmr edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş nazirinin mətbuat xidməti bildirib.
"Baş nazir sərt cavab verməyi əmri edib və İsrail ordusunun Qəzzada HƏMAS-a qarşı intensiv əməliyyatlarının davam etdirilməsinə razılıq verib", - deyə qeyd olunub.
Qeyd edilib ki, Netanyahu aprelin 7-də baş nazirin prezident Donald Trampla danışıqlar aparacağı ABŞ-yə gedən təyyarədən İ.Katza zəng edib. Söhbət zamanı müdafiə naziri İsrailə raket hücumu barədə Nazirlər Kabinetinin rəhbərinə məlumat verib