...

Bu şəxslərin sığorta stajlarının hesablanma qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək

Cəmiyyət Materials 7 Aprel 2025 13:58 (UTC +04:00)
Bu şəxslərin sığorta stajlarının hesablanma qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanma qaydasına dair qanunvericilik dəyişir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir.

Təklif olunan dəyişikliyə əsasən, bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması məqsədilə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydası da Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti