...

"Azərbaycan-Türkiyə Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə işlər davam etdirilir - Nazir müavini

İqtisadiyyat Materials 7 Aprel 2025 10:46 (UTC +04:00)
"Azərbaycan-Türkiyə Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə işlər davam etdirilir - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Boston Consulting Group" "Azərbaycan-Türkiyə Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması üzərində işləyir.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakıda "Daha "yaşıl gələcəy"ə innovativ yollar: bərpa olunan enerji və emissiyaların azaldılması" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırmanın iki komponenti mövcuddur: ""Naxçıvanda Yaşıl Enerji Zonası" və Azərbaycan-Türkiyə intekonnektoru". Bu layihə regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini dəstəkləyən bir addımdır

Həmçinin Naxçıvanda yüksək bərpa olunan enerji potensialı və yüksək gəlirlilik vardır. Bölgənin texniki potensialı 21-29 giqavat qiymətləndirilir".

Qeyd edək ki, bu gün Bakıda "Daha "yaşıl gələcəy"ə innovativ yollar: bərpa olunan enerji və emissiyaların azaldılması" mövzusunda tədbir start götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti