...

Avropada ana ölümləri əhəmiyyətli dərəcədə azalıb - ÜST

Dünya xəbərləri Materials 7 Aprel 2025 14:30 (UTC +04:00)
Avropada ana ölümləri əhəmiyyətli dərəcədə azalıb - ÜST
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa regionunda ana ölümü səviyyəsi 2000-ci ildən bəri 56% azalıb.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Kluqenin 7 aprel - Beynəlxalq Sağlamlıq Günü münasibətilə bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, dünyada hər gün doğuş zamanı yaranan müxtəlif ağırlaşmalar səbəbindən 700-dən çox qadın həyatını itirir. Bütün irəliləyişlərə baxmayaraq, 53 ölkəni əhatə edən Avropa regionunda ana ölümü ilə bağlı ümumi mənzərə birmənalı deyil: ölkələr və subregionlar arasında ciddi fərqlər müşahidə olunur. Bu fərqlər, əsasən, ana sağlamlığı üzrə tibbi xidmətlərə əlçatanlığın qeyri-bərabərliyi və investisiyaların çatışmazlığı ilə bağlıdır.

Qeyd edilir ki, regionun 53 ölkəsindən 15-də ana ölümü səviyyəsi regional orta göstəricidən yuxarıdır, 9 ölkədə isə bu göstərici 2020–2023-cü illərdə COVID-19 pandemiyası dövründə artım göstərib. 14 ölkədə bu sahədə artıq irəliləyiş müşahidə olunmur.

Bütün bunlar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin bir hissəsi olan və 2030-cu ilə qədər ana ölümü səviyyəsinin azaldılmasını hədəfləyən vəzifənin yerinə yetirilməsinə mane olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti