Bakı. Trend:
ABŞ-nin bir çox ştatlarında, o cümlədən, Tennessi, Kentukki və Corciyada baş verən daşqınlar və tornadolar nəticəsində həlak olan insanların sayı 20 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, qurbanlar arasında Kentukkidə avtobus dayanacağına yollanan zaman selə düşərək həlak olmuş doqquz yaşlı uşaq da var. Ölənlərin çoxu (10 nəfər) Tennesi ştatındandır və onların güclü qasırğanın qurbanları olduğu deyilir.
Corciya ştatında isə qolf meydanında ağacın aşması nəticəsində iki nəfər həyatını itirib
Qeyd edək ki, telekanalın məlumatına görə, son günlər ərzində ABŞ-nin 10 ştatında 90-dan çox tornado qeydə alınıb.