Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq” populyar analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
Verlişin bu səfərki qonağı Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltaraş və rəssam Hüseyn Haqverdiyevdir. Verliş ərzində o Cənubi Qafqazda müharibədən sonrakı reallıqlar, erməni-azərbaycanlı münasibətlərinin mürəkkəb tarixi hörgüləri, və sülh şəraitində gələcəyin perspektivləri ilə bağlı dərin düşüncələrini bölüşüb.
Haqverdiyev günün əsas məsələsinin - mübarizə yox, regionda yaşayan xalqların -qonşular olması faktının olduğunu vurğulayaraq efirin ilk dəqiqəsindən etibarən söhbətə fəlsəfi çalar qatıb.
“Mənə anlamaq çətindir, erməninlərin nəyi çatmır. Onlar hər halda, özləri daha yaxşı bilirlər. Amma biz hamımız Yer planetində yaşayırıq. Hər bir xalq bu faktı qavramalıdır ki, biz eyni bir evin sakinləriyik. Biz qonşuyuq, biz yaxınıq”, - deyə rəssam bildirib.
H. Haqverdiyev vurğulayıb ki, bu gün Azərbaycan güclü dövlətdir və bunu yalnız döyüş meydanında deyil, həm də siyasi arenada sübut edib. “Biz müharibədə zəfər çaldıq, lakin daha vacibi — siyasi mənada qələbədir. Azərbaycan bu gün balanslaşdırılmış, müstəqil xarici siyasət yürüdür və mövqeyində möhkəm dayanır,”- deyə o bildirib.
Rəssam azad edilmiş rayonlara — Ağdama, Zəngilana və digər bölgələrə səfərləri zamanı şahidi olduğu mənzərələrdən üzünütü ilə danışıb. Onun sözlərinə görə, dağıntıların miqyası insanı dəhşətə gətirir və görülənləri sözlə izah etmək mümkün deyil.
“Ağdamda gördüklərimi dünyanın heç bir yerində görməmişəm. Bu, qorxunc bir mənzərə idi. Düşünürəm ki, son 50 ildə belə bir şey baş verməyib. Minalanmış sahələr, səngərlər, xarabalıqlar — ermənilər bu torpaqları işğal edib və 30 il ərzində sadəcə boş saxlayıblar. Bu günahdır. Torpaq həyat, yaradıcılıq, mədəniyyət məkanı olmalıdır. Amma onu cansız bir səhraya çevirmişdilər,” - deyə Haqverdiyev bölüşüb.
O şəhərlərinin dağıdılmasından tutmuş Xocalıdakı faciəyə kimi - ermənilərin törətdiklərini heç bir bəraəti olmayan barbarlıq kimi qiymətləndirib.
“Orda olanları - şəhərləri, kəndləri yerlə bir etmək - insanlığa qarşı törədilmiş cinayətdir. Biz 21-ci əsrdə yaşayırıq. Sağlam düşüncəsi olan insan heç belə bir addım atar? O məgər orta əsrdlərdə yaşayır?” - deyə o bildirib
Söhbət zamanı H. Haqverdiyev münaqişənin mədəni tərəfinə və qarşılıqlı hörmətin vacibliyinə diqqət çəkib. “İstedadsız xalq yoxdur. Hər bir xalq istedadlıdır. Amma əgər sən qonşunun mədəniyyətinə hörmət etmirsənsə, sənin öz mədəniyyətin insaniliyini itirir və faşist xarakteri alır,” - deyə o bildirib və əlavə edib ki, başqasına hörmət olmadan sülh qurmaq mümkün deyil.
O, şəhid ailələri ilə bağlı şəxsən tanıdığı faciəli hekayələrdən - bir gündə iki oğlunu itirən ailələrdən söz açıb. “Onlar Rusiyada təhsil alırdılar, könüllü gəldilər və hər ikisi şəhid oldu. Bu, əbədi olaraq məhv edilmiş talelərdir. Belə bir şeyi unutmaq mümkün deyil. Ona görə də yeganə yol - dialoq və mövqelərə yenidən baxmaqdır,” - deyə o söyləyib.
Rəssam Ermənistan tərəfini gələcək təcavüzlərdən çəkinməyə çağırıb və bəyan edib ki, Azərbaycan özünü müdafiə etməyə qadirdir, lakin prioriteti sülhdür. “Biz ermənilərə təsir etməliyik. Əks halda sülh olmayacaq. Amma əgər yeni müharibə başlasa - onlar sağ qalmayacaqlar. Onlar artıq bunu başa düşməlidirlər. Düşüncə tərzlərini, baxışlarını, siyasətlərini dəyişməyin vaxtıdır. Əks halda tarix yenidən faciə ilə təkrarlanacaq,” - deyə Haqverdiyev bildirib.
O xatırladıb ki, son 115–120 ildə hərbi kampaniyaların təşəbbüskarı məhz ermənilər olub. “Onlara hər zaman nəsə çatmır. Daim hücum ediblər. Halbuki bəşəriyyət dağıtmaq yox, qurmaq üçün çalışmalıdır,” - deyə proqramın qonağı vurğulayıb.
Qlobal mövzulara toxunan Haqverdiyev dünyanın dehumanizasiya olunmasından, xüsusilə silah sənayesindən narahatlığını ifadə edib.
O, erməni tərəfinin davranışını faşist Almaniyasının hərəkətləri ilə müqayisə edib və dünyanın ələ keçirilməsi ilə bağlı ambisiyaların necə sonlandığını yada salıb. “Tarix hər şeyi yerli-yerinə qoyur. Əgər onlar tarixdə dağıdıcı yox, qurucu kimi qalmaq istəyirlərsə, öz doktrinalarını dəyişməlidirlər,” - deyə o qeyd edib.