...

Rusiya sularında 1941-ci ildə batmış sualtı-qayıq tapılıb

Dünya xəbərləri Materials 7 Aprel 2025 10:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Böyük Pyotr körfəzində İkinci Dünya müharibəsinin əvvəlində batmış Sovet İttifaqına aid “Malyutka” tipli sualtı qayığını aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Sakit okean donanmasına aid “M-49” və “M-63” sualtı qayıqları 1941-ci ildə batmışdı. Onların axtarışına təxminən 20 il sonra başlanılsa da, bu vaxta qədər bir nəticə əldə olunmamışdı. Aprel ayında tapılmış “Malyutka” tipli dizel submarinin məhz “M-49” sualtı qayığı olduğu güman edilir.

Qeyd edilir ki, Böyük Pyotr körfəzinin akvatoriyasında aparılan axtarışlara müxtəlif veteran dənizçi təşkilatarının mütəxəssisləri də cəlb olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti