Bakı.Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə 2025-ci ilin ilk rübündə daşınan yükün həcmi açıqlanıb.
Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.
Qeyd edilib ki, cari ilin yanvar-mart ayı ərzində ASCO-ya məxsus tankerlərlə ümumilikdə 1 034 039 ton maye yük çatdırılıb.
Bu dövrdə bərə gəmiləri ilə daşınan vaqonların sayı 7 905 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 9 050 ədəd olub.
Hesabat dövründə universal quru yük gəmiləri ilə 441 322 ton yük daşınıb.