...

Yanvar-mart aylarında proaktiv qaydada müavinət və təqaüd təyin olunların sayı açıqlandı

Cəmiyyət Materials 7 Aprel 2025 10:32 (UTC +04:00)
Yanvar-mart aylarında proaktiv qaydada müavinət və təqaüd təyin olunların sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar-mart aylarında proaktiv qaydada 39 250-dən çox müavinət və təqaüd təyin olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-mart ayları ərzində proaktiv qaydada 39 250-dən çox sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

"Onların 54,28%-ni kişilər, 45,72%-ni isə qadınlar təşkil edib",- deyə əlavə edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 151 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti