Bakı. Trend:
“SOCAR Green” fəaliyyətlərinin karbonsuzlaşdırılması üzrə əməkdaşlıq məqsədilə Azərbaycanda sənaye sektorunun nümayəndələri ilə danışıqlar aparır.
Trend xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakıda “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpaolunan enerji mənbələri və tullantıların azaldılması” mövzusunda ADA Universitetində keçirilən tədbirdə etdiyi çıxışda söyləyib.
"Bizim başqa bir istiqamətimiz də binaların və tikililərin karbonsuzlaşdırılmasında SOCAR-a dəstəkdir. Biz tələbatları daha yaxşı anlamağımız üçün hasilatdan tutmuş, emal və satışa kimi bütün səviyyələrdə SOCAR-ın bütün bölmələri əməkdaşlıq edir və fəaliyyətimizi əlaqələndiririk. SOCAR-ın neft-qaz obyektlərinin karbonsuzlaşdırılması məqsədilə həyata keçirəcəyimiz bir sıra kiçik layihələrimiz var ki, onlar hazırda hazırlıq mərhələsindədir", - deyə o bildirib.
E.Musaev qeyd edib ki, "SOCAR Green" Azərbaycanda sənaye sektorunun nümayəndələri ilə fəaliyyətlərinin karbonsuzlaşdırılması məqsədilə əməkdaşlıq üzrə danışıqlar aparır.
"Nəhayət, biz bu sahədə ekspert biliyini konsolidasiya etmək və inkişaf etdirməyə can atırıq. Bu, yeni istiqamətdir və sadəcə texnologiyaların tətbiqi – tapşırığın yalnız bir hissəsidir. Biz, həmçinin, bu sahədə tədqiqat və ya analitik mərkəz (think tank) yaratmaq istəyirik ki, gələcək nəsillər Azərbaycanda onun sayəsində bu sektoru inkişaf etdirə bilsinlər", - deyə o vurğulayıb.