Bakı. Trend:
Azərbaycanın üç sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Trend xəbər verir ki, İslam Bazarqanov (54 kiloqram) 1/4 finalda türkiyəli Muhammet Karavuşa, Əli Rəhimzadə (65 kiloqram) almaniyalı Niko Meqerleyə, Kənan Heybətov (70 kiloqram) isə bolqarıstanlı Mihail Georgiyevə qalib gəlib.
Onlar yarımfinal mərhələsində müvafiq olaraq, Naçın Monquş (UWW), Xamzat Arsamerzoyev (Fransa) və David Bayevlə (UWW) üz-üzə gələcəklər.
Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər sərbəst güləşçiləri Orxan Abasov (79 kiloqram) təsnifat, Abubakr Abakarov (97 kiloqram) isə 1/4 finalda rəqiblərinə uduzublar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək.