...

Azərbaycandan Albaniyaya kiloqramı 2,4 min manata kürü satılır

İqtisadiyyat Materials 7 Aprel 2025 17:45 (UTC +04:00)
Azərbaycandan Albaniyaya kiloqramı 2,4 min manata kürü satılır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycandan Albaniyaya 10 kiloqram nərə balığı kürüsü satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsulun ixracından əldə olunan gəlir 14,36 min ABŞ dolları olub.

Albaniyaya ixrac edilən kürünün bir kiloqram üçün orta qiyməti 1 436 ABŞ dolları (2 441 manat) təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk ayında Azərbaycandan Albaniyaya kürü ixrac edilməyib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 100 kiloqram miqdarında, 105 min ABŞ dolları dəyərində nərə balıqlarının kürüsü ixrac edilib.

Həmçinin, bu dövrdə xaricdən Azərbaycana 580 kiloqram nərə balığı kürüsü idxal edilib ki, buna da çəkilən xərcin dəyəri 175,2 min ABŞ dolları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti