Bakı. Trend:
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsi yekunlaşıb.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
Bildirilib ki, Verdiyev Ədalət Rafiq oğlunun Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Nəsimi rayon məhkəməsinin 07.04.2025-ci il tarixli hökmünə əsasən Ədalət Verdiyev həmin Məcəllənin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.
Qeyd edək ki, Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılmışdı.