Bakı. Trend:
Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu məsələsinə aydınlıq gətirilib.
Trend xəbər verir ki, suala MÜTDA məlumat yayıb.
Bildirilib ki, əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun deyilsə, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə, lisey və gimnaziya üçün müəyyən olunmuş müddətdə tətbiq edilən prioritet götürüldükdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu yerləşdirə bilər.
"Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər", - deyə məlumatda qeyd edilib.