...

Təkcə Azərbaycanda deyil, Qazaxıstan və Özbəkistanda da fəaliyyətimizi genişləndirmək istərdik - TES VSETIN (ÖZƏL)

İqtisadiyyat Materials 7 Aprel 2025 19:32 (UTC +04:00)
Təkcə Azərbaycanda deyil, Qazaxıstan və Özbəkistanda da fəaliyyətimizi genişləndirmək istərdik - TES VSETIN (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın TES VSETIN şirkəti Qazaxıstan və Özbəkistanda fəaliyyətlərini genişləndirməkdə maraqlıdır.

Bu barədə Trend-ə açıqlamasında şirkətin Biznesin İnkişafı Məsələləri üzrə direktoru Stanislav Novotni məlumat verib.

O, əvvəlcə təmsil etdiyi şirkət barədə qısa məlumat verib, daha sonra potensial əməkdaşlıq imkanlardan danışıb:

"Mən elektrik maşınları istehsalçısı olan Çexiya şirkətini təmsil edirəm. Bu şirkət son 8 ildə bütün dünyada geniş yayılıb. Bu şirkət, həmçinin, xüsusi elektrik maşınları təklif edən təchizatçıdır.

Biz Cənubi Qafqazda daha çox Azərbaycanla əməkdaşlığa üstünlük veririk. Çünki Azərbaycan zəngin təbii resurslara malik bir ölkədir".

"Biz istərdik ki, təkcə Azərbaycanda deyil, Qazaxıstan və Özbəkistanda da fəaliyyətimizi genişləndirək, yeni fürsətlər əldə edək. Hesab edirəm ki, bu regionda müştərilərə çox yaxın olan bir mərkəzimiz olsa, əməkdaşlıq etmək çox asanlaşar", - deyə şirkət rəsmisi vurğulayıb.

Qeyd edək ki, TES VSETIN şirkəti səmərəli və etibarlı mühərriklər, generatorlar, elektrik komponentləri və avtomatlaşdırma həlləri istehsalı ilə qlobal səviyyədə tanınır.

Xəbər lenti

Xəbər lenti