...

Ötən ay nöqsanlar aşkarlanan tibb müəssisələrinin sayı açıqlandı

Cəmiyyət Materials 7 Aprel 2025 17:52 (UTC +04:00)
Ötən ay nöqsanlar aşkarlanan tibb müəssisələrinin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin mart ayı ərzində 16 tibb müəssisəsində yoxlamalar keçirilib, onlardan 10-da nöqsanlar aşkar edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar İnzibati Xətalar məcəlləsinin 210.1-ci maddəsi üzrə 7, 215.4-cü maddəsi üzrə 2, 215.1-ci və 215.4-cü maddələri üzrə 1 protokol tərtib edilib.

"Aparılan yoxlamalardan 3-ü stomatoloji xidmət ilə əlaqədar olub ki, onlardan 2-də aşkar edilən nöqsanlara görə protokol (İXM 210.1) tərtib edilib.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilərlər.

Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti