...

Azərbaycan bankları son bir ildə 1,5 milyard manat istehlak krediti verib

İqtisadiyyat Materials 7 Aprel 2025 15:11 (UTC +04:00)
Azərbaycan bankları son bir ildə 1,5 milyard manat istehlak krediti verib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 8,544 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,467 milyard manat və ya 20,7% çoxdur.

Belə ki, ötən ilin fevral ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 7,077 milyard manat idi.

Qeyd edək ki, cari ilin fevralın sonuna Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelində biznes kreditləri 14,777 milyard manat (53,5%), istehlak kreditləri 8,544 milyard manat (31%), ipoteka kreditləri 4,271 milyard manat (15,5%) paya sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti