Bakı. Trend:
Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, aprelin 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanında iştirak edən 312 namizəddən 139-u müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb.