Bakı. Trend:
Qəzza bölgəsində 7 oktyabr 2023-cü ildən bəri davam edən hərbi əməliyyatlar nəticəsində həlak olan KİV əməkdaşlarının sayı 210 nəfərə çatıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, aprel ayının əvvəlindən bəri anklavın cənubunda yerləşən Xan-Yunist şəhərində KİV nümyəndələrinin olduğu düşərgənin vurulması nəticəsində bir jurnalist həyatını itirib, daha doqquzu isə yaralanıb.
Qeyd edək ki, HƏMAS-ın Qəzzada atəşkəs və əsirlərin mübadiləsi haqda Doha sazişinin ikinci mərhələsi üzrə danışıqlarda vasitəçilərin irəli sürdüyü şərtləri rədd etməsindən sonra İsrail bölgədə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb.