Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 5 qramlıq gümüş üzüyün orta satış qiyməti 42,43 manat olub.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,42 manat və ya 6% bahadır.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 5 qramlıq gümüş üzüyün orta satış qiyməti 40,01 manat idi.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda 776,6 kiloqram gümüş istehsal edilib. Gümüş istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 208,9 kiloqram və ya 36,8% artıb. Mart ayının birinə ölkədə hazır gümüş ehtiyatının miqdarı 668,9 kiloqram olub.