Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 776,6 kiloqram gümüş istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, gümüş istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 208,9 kiloqram və ya 36,8% artıb.
Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 567,7 kiloqram gümüş istehsal edilib.
Qeyd edək ki, cari ilin mart ayının birinə ölkədə hazır gümüş ehtiyatının miqdarı 668,9 kiloqram olub.
Xatırladaq ki, ötən il Azərbaycanda 3 min 184 ton miqdarında gümüş istehsal edilib. Bu, illik müqayisədə 521 kiloqram, yaxud da 14% azdır. 2023-cü ildə Azərbaycanda istehsal olunan gümüşün miqdarı 3 min 705 kiloqram olub.