Bakı. Trend:
Avropa İttifaqına üzv dövlətlərin maliyyə nazirləri artıq mövcud olan təşəbbüslərə əlavə olacaq yeni hökumətlərarası müdafiə fondunun yaradılması məsələsini müzakirəyə çıxaracaq.
Trend xəbər verir ki, bu haqda xarici KİV-lər müvafiq sənədə istinadən məlumat yayıb.
Məlumata əsasən, məsələnin müzakirəsi ilə bağlı nazirlər səviyyəsində toplantı aprelin 12-də Varşavada keçiriləcək.
“Avropa Müdafiə Mexanizmi (EDM) dövlət borcu səviyyəsini qaldırmadan iri məbləğlərdə vəsaitlərin cəlb olunmasına imkan verəcək”,- məlumatda qeyd olunur.
Sənədə görə, yeni fond ölkələrə müxtəlif hərbi texnika almağa, ondan istifadə üçün ödəniş tələb etməyə, eləcə də kreditlər verməyə imkan yaradacaq. Bundan əlavə, fondun iştirakçıları sırasında Aİ-yə üzv olmayan ölkələr, məsələn, Böyük Britaniya, Ukrayna və ya Norveç də ola bilər.