...

Bəzi əmək pensiyalarının ödənişi üçün dövlət büdcəsindən maliyyə ayrılacaq

Cəmiyyət Materials 7 Aprel 2025 13:58 (UTC +04:00)
Bəzi əmək pensiyalarının ödənişi üçün dövlət büdcəsindən maliyyə ayrılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sistemi təkmilləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunacaq.

Dəyişikliklər qəbul olunacağı təqdirdə, yeni qaydanı tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti