Bakı. Trend:
Azərbaycan Hesablama Palatası tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparılır.
Bu barədə məlumat palata tərəfindən Trend-ə təsdiqlənib.
Bildirilib ki, agentlikdə hazırda audit prosesi davam edirilməkdədir: "Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi qanuna uyğun olaraq tənzimlənir".
Qeyd edək ki, ötən gün Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirilib. Aparılan əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb.