Bakı. Trend:
Cənubi Koreya hakimiyyəti növbədənkənar prezident seçkilərini iyunun 3-nə təyin etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi hökumətdəki mənbələrə istinadən xəbər verib.
Bildirilib ki, seçkilərin keçirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin aprelin 8-də planlaşdırılan iclasında qaldırılacaq.
"Seçkilərin vaxtını müəyyən etmək üçün Nazirlər Kabinetinin iclasının keçirilməsinin zəruriliyini ifadə edən dəqiq hüquqi müddəalar yoxdur. Amma bu, seçki günü müvəqqəti tətil tələb edəcək vacib məqam olduğundan məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq", - deyə qeyd olunub.