...

Şuşada növbəti əmək yarmarkası keçirilib

Cəmiyyət Materials 7 Aprel 2025 09:49 (UTC +04:00)
Şuşada növbəti əmək yarmarkası keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərində növbəti əmək yarmarkası keçirib.

Trend xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, yarmarkada təhlükəsizlik üzrə qrup rəhbəri, bağban, komendant, elektrik və s. işlər üzrə vakansiyalar təqdim edilib. Sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumatlar verilib.

"Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirə qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib",- qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti