Bakı. Trend:
"Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 3 mülki şəxs ölüb, 6 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Ənis əl-Əsbahi "X" sosial şəbəkəsində yazıb.
"İlkin məlumatlara görə, ABŞ-nin Sənanın Şaab əl-Haf bölgəsində bir evə bir neçə zərbə endirməsi nəticəsində 3 mülki şəxs həlak olub, 6-sı yaralanıb", - deyə o bildirib.