Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov sabah investisiya layihələrinə dair Anlaşma Memorandumları və Sazişlərin yekunlaşdırılması məqsədilə, Pakistana səfər edəcək.
Trend-ə bu barədə Pakistan Xarici İşlər Nazirliydən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Mikayıl Cabbarov Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcək və Pakistanın Baş nazir müavini, xarici işlər naziri senator Məhəmməd İshaq Darın rəhbərlik etdiyi nümayəndə heyəti ilə investisiya məsələləri üzrə ətraflı müzakirələr aparacaq.