...

STAR neft emalı zavodunda dizel istehsalı 2025-ci ilin yanvar ayında artıb

Energetika Materials 7 Aprel 2025 06:10 (UTC +04:00)
STAR neft emalı zavodunda dizel istehsalı 2025-ci ilin yanvar ayında artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus STAR Neft Emalı Zavodu 2025-ci ilin yanvar ayında 633 min 329 ton dizel yanacağı istehsal edib ki, bu da 2024-cü ilin yanvar ayındaki 581 min 803 ton ilə müqayisədə 8,85 faiz çoxdur.

Bu barədə Trend Türkiyənin Enerji Bazarını Tənzimləmə İdarəsinin (EPDK) hesablamalarına istinadən xəbər verir.

2025-ci ilin yanvar ayında NEZ-ə neft tədarükü 926 974 ton təşkil edib ki, bu da 2024-cü ilin yanvar ayındaki 939 838 tondan 1,37% azdır.

Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ən böyük investisiyadır.

2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyon tona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən 18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam ödəyir.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti