Bakı. Trend:
Ötən il işğaldan azad edilmiş rayonlarda 2 min 575 yeni iş yeri yaradılıb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, bu göstərici əvvəlki illə müqayisədə 1 304 vahid və ya 2 dəfə çoxdur. 2023-cü ildə işğaldan azad edilmiş rayonlarda yaradılan yeni iş yerlərinin sayı 1 271 vahid olub.
Ötən il ən çox yeni iş yeri Xankəndidə (702), ən az yeni iş yeri isə Ağdərə (9) yaradılıb.
Yeni iş yerlərinin yaradılmasında ən çox artım olan rayon isə Xocalı rayonu olub. Belə ki, bu rayonda ötən il 232 yeni iş yeri yaradılıb ki, bu da, illik müqayisədə 38,6 dəfə çoxdur. 2023-cü ildə Xocalıda yaradılmış yeni iş yerlərinin sayı 6 vahid olub.
2023-2024-cü illərdə işğaldan azad edilmiş rayonlarda yaradılmış iş yerlərinin sayı aşağıdakı cədvəldə göstərilib:
S/N | Rayonlar | 2024 | 2023 |
1 | Xankəndi | 702 | 0 |
2 | Laçın | 471 | 625 |
3 | Şuşa | 352 | 275 |
4 | Xocalı | 232 | 6 |
5 | Ağdam | 220 | 135 |
6 | Kəlbəcər | 202 | 28 |
7 | Cəbrayıl | 146 | 64 |
8 | Zəngilan | 93 | 26 |
9 | Füzuli | 73 | 52 |
10 | Qubadlı | 41 | 8 |
11 | Xocavənd | 34 | 52 |
12 | Ağdərə | 9 | 0 |
13 | Cəmi | 2 575 | 1 271 |