...

BƏƏ və İsrail XİN rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 7 Aprel 2025 03:44 (UTC +04:00)
BƏƏ və İsrail XİN rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Əbu-Dabidə israilli həmkarı Qideon Saar ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə BƏƏ dövlət xəbər agentliyi bildirib.

Məlumata əsasən, nazirlər Qəzza zolağında atəşkəsə nail olmaq və israilli girovların azad edilməsi üçün səyləri müzakirə ediblər.

BƏƏ xarici işlər nazirinin "X" sosial şəbəjəsindəki paylaşımında qeyd edilib ki, görüşdə iki ölkə arasında münasibətlər, eləcə də son regional hadisələr müzakirə olunub. “Qəzza zolağında humanitar böhranın kəskinləşməsi”nə xüsusi diqqət yetirilib.

Öz növbəsində, İsrail tərəfi xarici işlər nazirlərinin görüşündə “regional məsələlərin bütün spektrini” müzakirə etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti