...

Səbail rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Gündəm Materials 7 Aprel 2025 13:56 (UTC +04:00)
Səbail rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonu ərazisində yerləşən 4 ev və bir qarajdan təmir alətləri, elektrik avadanlıqlarının oğurlanması, nəticədə zərərçəkənlərə 2850 manatdan çox maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Qaradağ rayonu ərazisində bir nəfərə məxsus içərisində 570 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən 43 yaşlı T.Hüseynovun da saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti