Bakı. Trend:
"Brent" markalı neftin Londonun ICE birjasında iyun fyuçerslərinin qiyməti 26 aprel 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 64 dollardan aşağı düşüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumt verilib.
Bakı vaxtı ilə saat 02:09-a olan birja məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 2,41 faiz azalaraq 63,97 dollar/barelə bərabər olub.
Bakı vaxtı ilə saat 02:27 üçün "Brent" markalı neftin fyuçersləri enişini sürətləndirərək bir barel üçün 63,45 dollara (-3,25%), WTI markalı neftin 2025-ci ilin may fyuçersləri isə 3,36% azalaraq 59,92 dollar/barelə düşüb.