...

Nəsimidə quldurluq edənlər saxlanılıb

Hadisə Materials 7 Aprel 2025 15:52 (UTC +04:00)
Nəsimidə quldurluq edənlər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər 41 yaşlı paytaxt sakininə fiziki zor tətbiq edərək ondan pul tələb ediblər.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 28 yaşlı H.Tairov və 23 yaşlı K.Dəvrişov saxlanılıblar.

"Araşdırmalarla həmin şəxslərin 42 yaşlı digər bir vətəndaşa da fiziki zor tətbiq edərək mobil telefonunu və bank kartını taladıqları məlum olub.

Araşdırmalar aparılır", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti