Bakı. Trend:
Yaşı 9 və yuxarı olan uşaqların I sinfə qəbulunun mümkün olub-olmaması ilə bağlı suala aydınlıq gətirilib.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, yaşı 9 və yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.