Bakı. Trend:
Bu ilin fevral ayının sonuna olan məlumata görə, Azərbayanda 3,4 milyon ədəd sosial kartlar var.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, sosial kartların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 90 min ədəd və ya 2,6% azalıb. Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda 3,5 milyon ədəd sosial kartlar olub.
Cari ilin bəhs olunan dövründə Azərbaycanda 2,882 milyon ədəd əməkhaqqı kartları olub ki, bu da, illik müqayisədə 18 min ədəd, yaxud da 0,62% azdır. Ötən ilin fevralın sonunda Azərbaycanda 2,9 milyon ədəd əməkhaqqı kartı olub.
Qeyd edək ki, Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 273 min ədəd artaraq 20,2 milyon ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16.7% artıb.