Bakı. Trend:
Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbçisi sursat partlayışı nəticəsində həlak olub.
Trend xəbər verir ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.