...

Fevralda Azərbaycan bankları 20 milyon manat mənfəət vergisi ödəyib

İqtisadiyyat Materials 7 Aprel 2025 15:11 (UTC +04:00)
Fevralda Azərbaycan bankları 20 milyon manat mənfəət vergisi ödəyib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 43.6 milyon manat mənfəət vergisi ödənilib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici cari ilin yanvar ayı ilə müqayisədə 19,9 milyon manat və ya 84% çoxdur.

Belə ki, yanvar ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ödənilən mənfəət vergisinin həcmi 23,7 milyon manat olub.

Qeyd edək ki, yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən bankların vergi ödənilməzdən əvvəlki mənfəətlərinin həcmi 223 milyon manat, xalis mənfəətlərinin həcmi isə 179,4 milyon manat təşkil edib.

Xatırladaq ki, ötən il ərzində Azərbaycandakı bankların ödədiyi mənfəət vergisinin həcmi 294,3 milyon manat idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti