...

Tramp TikTok-un alınması ilə bağlı razılaşmanın pozulmasına aydınlıq gətirib

Dünya xəbərləri Materials 7 Aprel 2025 05:56 (UTC +04:00)
Tramp TikTok-un alınması ilə bağlı razılaşmanın pozulmasına aydınlıq gətirib

Bakı. Trend:

ABŞ administrasiyasının bütün Çin məhsullarına əlavə rüsumlar tətbiq etməsindən sonra Çinin müqavilənin şərtlərini yenidən nəzərdən keçirməsi ilə əlaqədar ABŞ-də TikTok-un aktivlərinin alınması ilə bağlı razılaşma pozulub.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

"Razılaşmamız var idi, daha doğrusu, biz buna kifayət qədər yaxın idik, lakin sonra Çin tariflərə görə şərtləri dəyişdi, o, hansı şərtlərin dəyişdirildiyini açıqlamayıb. Tarifləri bir az da aşağı salsaydım, 15 dəqiqəyə bu razılaşmanı təsdiq edərdilər", - deyə o bildirib.

ABŞ prezidentinin sözlərinə görə, hazırkı vəziyyət “tariflərin gücünü göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti