...

“28 May” - “Dərnəgül” stansiyaları arasında qatarların hərəkəti dayandırılacaq

Cəmiyyət Materials 7 Aprel 2025 19:30 (UTC +04:00)
“28 May” - “Dərnəgül” stansiyaları arasında qatarların hərəkəti dayandırılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun inşasının birinci mərhələsi başa çatdıqdan sonra “Cəfər Cabbarlı” stansiyasını “Nizami” stansiyası ilə əlaqələndirəcək 200 metrədək birləşdirici tunel inşa olunacaq.

“Bakı Metropoliteni” QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin dövrdə qırmızı xətt üzrə qatarların hərəkəti hazırda olduğu kimi saxlanılacaq, yəni qatarlar “İçərişəhər” və “Əhmədli” stansiyaları arasında müntəzəm hərəkətini davam etdirəcək.

“Sadəcə olaraq “28 May” stansiyasından “Dərnəgül” istiqamətində qatarların hərəkəti dayandırılacaq. Lakin “Dərnəgül” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti təmin olunacaq.

Daha sonrakı dövrdə “Dərnəgül” - “Xətai” mənzili olmaqla qatarların hərəkəti təmin olunacaq. Xətdən xəttə keçid üçün “Cəfər Cabbarlı” və “28 May” stansiyalarından istifadə ediləcək”, - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti