...

Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb

İdman Materials 7 Aprel 2025 19:40 (UTC +04:00)
Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında parabadminton yarışlarına start verilib.

Trend xəbər verir ki, Ujiçe şəhərində keçirilən yarışların ilk günündə Azərbaycan təmsilçiləri Zəhra Salmanlı və Əli Məhərrəmov uğurla çıxış ediblər.

Z.Salmanlı birinci mərhələdə digər azərbaycanlı idmançı İlkin Bağırzadə ilə qarşılaşıb və qalib gəlib - 21:6,21:12.

İkinci raundda braziliyalı rəqibini (21:8,21:16) məğlub edən Zəhra həlledici görüşdə beninli idmançını (21:5, 21:5) üstələyərək qızıl medala sahib çıxıb.

Ə.Məhərrəmov isə ilk mərhələdə Benin (21:7:21:10), digər iki raundda isə Braziliya təmsilçilərinə (21:13,21:17),( 21:18,21:15) qalib gələrək qızıl medala sahib çıxıb.

Xəbər lenti

Xəbər lenti