...

Neçirvan Bərzani Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 7 Aprel 2025 18:36 (UTC +04:00)
Neçirvan Bərzani Prezident İlham Əliyevi təbrik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, səadət, ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq və xoşbəxtlik diləyirəm.

Ortaq dəyərlərimiz, möhkəm tarixi əlaqələrimiz sayəsində mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin qarşılıqlı hörmət, ümumi maraqlar ruhunda daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Xəbər lenti

Xəbər lenti