Bakı. Trend:
ABŞ-nin Texas ştatının qərbində qızılca epidemiyası kəskinləşməkdə davam edir. Ölənlərin sayı ikisi uşaq olmaqla, 3 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Son həyatını itirən səkkiz yaşlı məktəbli qızın qızılcaya qarşı vaksinasiya olunmadığı müəyyən edilib. ABŞ səhiyyə naziri Robert F.Kennedi Kiçik nəzarətdən çıxan epidemiya və azyaşlıların ölümü ilə əlaqədar kəskin tənqid atəşinə tuş gəlib.
Texasda təkcə 2025-ci il ərzində qeydə alınan yoluxma sayı 480-i ötüb, cari ildə ümumi yoluxma sayı isə (ABŞ üzrə) 600-ü keçib. İnfeksion xəstəliyin artıq qonşu ştatlara da yayıldığı bildirilir.