Bakı. Trend:
ABŞ-nin idxal məhsullarına tətbiq olunan gömrük rüsumlarını qaldırmasından sonra Avropaya Çindən ucuz malların axını yaşana bilər.
Trend xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri vəzifəsini icra edən Robert Habek xəbərdarlıq edib.
Onun sözlərinə görə, belə bir gedişat ardınca kəskin ucuzlaşma səbəbindən Avropa daxili bazarının çökməsi ilə müşayiət oluna bilər. Habek iddia edir ki, Avropa İttifaqı hazırda deflyasiya təzyiqləri ilə üz-üzə qalıb.
Çin mallarının axını fonunda əvvəl belə mallar avropalı istehlakçılar üçün cəlbedici gələcək, lakin bu gedişat nəticə etibarilə bütövlükdə bir sıra sənaye sahələrinin yoxa çıxması riskini yarada bilər.
O qeyd edib ki, bu isə yerli istehsalçıların müflisləşməsi anlamına gələcək.