...

Maks Ferstappen "Formula-1" üzrə Yaponiya Qran-prisinin qalibi olub

İdman Materials 6 Aprel 2025 12:36 (UTC +04:00)
Maks Ferstappen "Formula-1" üzrə Yaponiya Qran-prisinin qalibi olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Suzuka" avtodromunda keçirilmiş yarışda finiş xəttinə birinci çatıb.

Trend xəbər verir ki, "Formula-1" üzrə dünya çempionatının üçüncü mərhələsində ikinci yeri "McLaren"in britaniyalı pilotu Lando Norris tutub. İlk üçlüyü isə onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.

Lando Norris şəxsi hesabda 62 xalla liderdir, ikinci və üçüncü yerləri müvafiq olaraq, Maks Ferstappen (61 xal) və Oskar Piastri (49 xal) tuturlar.

Konstruktorlar kubokunda isə ilk üçlük aşağıdakı kimidir: "McLaren" (111 xal), "Mercedes" (75 xal) və "Red Bull" (61 xal).

Dünya çempionatının dördüncü mərhələsi aprelin 11-13-də Bəhreyndə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti