...

Nazirlik bu qəsəbədə fərdi yaşayış evlərinin tikintisi ilə bağlı 700 min manatlıq işlərə başlayır

İqtisadiyyat Materials 5 Aprel 2025 13:41 (UTC +04:00)
Nazirlik bu qəsəbədə fərdi yaşayış evlərinin tikintisi ilə bağlı 700 min manatlıq işlərə başlayır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Hacıqabul rayonunun Nəvahi qəsəbəsində yeni fərdi yaşayış evlərinin tikintisinə başlanılır.

Trend-in əldə etdiyi məlumata görə, görüləcək işlər çərçivəsində 11 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.

Belə ki, artıq bununla bağlı nazirlikdə müvafiq işlərə start verilib.

Hazırda nazirlik sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda, FHN görüləcək işlərin 718,4 min manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bir neçə müddət əvvəl nazirlik Şamaxı və Ağsu rayonlarında fərdi yaşayış evləri ilə bağlı 411,4 min manatlıq işlərə start verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti