Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XXIX turun növbəti oyunu keçirilib.
Trend-in məlumatına görə, "Qarabağ" evdə "Zirə"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Ağdam təmsilçisinin yeganə qoluna 15-ci dəqiqədə Kadi Borges imza atıb.
Bu nəticədən sonra xallarının sayını 70-ə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. 55 xala malik "Zirə" isə ikinci pillədə qalıb.
Günün ilk görüşündə "Sabah" "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.