...

Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb (FOTO)

İdman Materials 6 Aprel 2025 15:48 (UTC +04:00)
Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Nova Varoş şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının sablya növündə yarımfinal oyunlarına start verilib.

Trend xəbər verir ki, Azərbaycan təmsilçisi Gəray Məmmədli 1/2 finalda Muhəmmədmətin Şahidi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da G. Məmmədli bürünc medal əldə edib.

Bu gün mübarizə aparan digər idmançılarımız Abdulmalik Nəsibzadəyə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıblar.

Qeyd edək ki, bu gün start götürən və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti