...

UEFA “Çelsi”ni avrokuboklardan kənarlaşdıra bilər

İdman Materials 6 Aprel 2025 20:12 (UTC +04:00)
UEFA “Çelsi”ni avrokuboklardan kənarlaşdıra bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İngiltərənin “Çelsi” klubunu Avropa yarışlarından kənarlaşdırmaq təhlükəsi ilə üz-üzə qoyub.

Trend xəbər verir ki, bu barədə məlumatı "The Times" yayıb.

UEFA klub rəhbərliyini 158 milyon funt-sterlinq məbləğində artıq xərc etməkdə ittiham edir. Hazırda London təmsilçisi bu məsələnin həlli ilə bağlı UEFA ilə aktiv danışıqlar aparır. Əgər klub maliyyə kəsirini aradan qaldıra bilməzsə, “Çelsi” avrokuboklardan kənarlaşdırıla bilər.

Xatırladaq ki, klubun yeni sahibi Todd Bouli rəhbərliyi dövründə transferlərə yüz milyonlarla avro vəsait xərcləyib və “Çelsi” Premyer Liqada transfer pəncərəsinin ən çox pul xərcləyən komandası olub. Lakin 2022/23 mövsümünün sonunda komanda uzun fasilədən sonra Avropa turnirlərinə vəsiqə qazana bilməyib.

Xəbər lenti

Xəbər lenti